20 C
Baku
14 Oktyabr 2025, 12:16
Baş xəbərSiyasət

“Qəzza- aclığa məhkum edilən insanlığın utanc yeri..”

“Qəzza zolağında İsrail hökuməti hərbi cinayət həyata keçirir. Geniş miqyaslı hərbi əməliyyatlarla Qəzza zolağını yaşanmaz hala gətirilib. Əhalini bilərəkdən aclığa məhkum ediblər. 21 ərəb ölkəsi isə, susur.

ABŞ prezidenti D. Trampda Qəzzada kütləvi aclığın olduğunu etiraf edir. İsrail hökumətinin planı Qəzadan fələstinliləri çıxarmaqdır. Amma, fələstinlilər bu qədər aclıq və səfalətə baxmayaq öz doğma yurdlarını tərk etmirlər. 21-ci əsrdə bəşəriyyət tarixində zəngin qidanın olduğu bir vaxtda Qəzzada aclıq dramı yaşanır” deyə öz sosial media hesabında məsələni şərh edən siyasi ekspert Məhəmməd Əsədullazadə həmçinin qeyd edib ki, Qəzza nasist Almaniyasının konslagerinə çevrilib.

“Azərbaycan xalqı bu cür hücumlara məruz qalan xalq kimi nə Ukraynada işğalı, nə də İsrailin işğalını dəstəkələyə bilməz.

ABŞ Azərbaycandan İsraillə Ərəb ölkələri arasında imzalanması nəzərdə tutulan “İbrahim Razılaşması” qoşulmasını istəyir.

Azərbaycan “İbrahim Razılaşmasına” getməsi siyasi maraqlarına cavab vermir.

ABŞ və İsrail növbəti dəfə Qəzzada hərbi əməliyyatlar keçirmək anonsunu verib. Qəzzada HƏMASİ çıxarmaq planını reallaşdıracaq. İsrail Qəzza zolağını Fələstin muxtariyyətinin idarəetməsinə vermək istəmir. Qəzzada baş verən humanitar fəlakətdə HƏMAS İsrail hökuməti kimi bu cinayətə şərikdir. İki milyon Qəzza əhalisi aclığa məhkum edilib”.

Aynur Camal

Oxşar xəbərlər

Robert De Nironun nəvəsi narkotik olan bir evdə ölü tapıldı

Kəmalə Sultan

6 immiqrant qaçaqmalçısı tutuldu

İntizar Əmirova

Balina şoku! 150-dən çoxu sahilə çıxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu