Qatil İsrailin 7 oktyabr 2023-cü il tarixindən bu yana hücumlarını davam etdirir.
Yardımların daxil olmasına maneçilik törətdiyi, böyük “humanitar fəlakət”ə səbəb olduğu Qəzza zolağında daha bir uşaq aclıqdan ölüb.
Qəzza zolağının şimalında yerləşən Əl-Ehli Baptist Xəstəxanasına yerləşdirilən 6 yaşlı Enes et-Tatar qida çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərindəki Nasser Tibb Kompleksinin Uşaq Baxımı Şöbəsinin müdiri Hatəm əl-Hur, aclıq böhranının İsrailin davam edən bombardmanı və blokadası səbəbindən genişləndiyini açıqlayıb.
Hur, qida çatışmazlığı hallarında ciddi artım olduğunu və xəstəxanalarda yer qalmadığını bildirib.
Hökumətin Qəzzadakı media ofisi iyunun 3-də verdiyi açıqlamada Qəzzada 3500 uşağın aclıq səbəbindən ölümlə üz-üzə qaldığını açıqlayıb.
Media ofisindən iyunun 17-də verilən yazılı açıqlamada İsrail və ABŞ rəhbərliyinin humanitar yardım və qida məsələsindən Qəzza zolağında dinc insanlara qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etdiyi, aclığı dərinləşdirdiyi və humanitar vəziyyəti qəsdən ağırlaşdırdığı bildirilib.
Fələstinli səhiyyə mənbələri iyunun 22-də Qəzzada oktyabrın 7-dən bəri qida çatışmazlığından 44 uşağın öldüyünü açıqlayıb.
Mənbə: TrtHaber