28 C
Baku
9 İyun 2025, 19:15
Baş xəbərDünya

Qəzzada nahar zamanı köçkün fələstinlilər

İsrail ordusunun hücumlarından xilas olaraq Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr-Belah şəhərinə sığınan fələstinlilərə xeyriyyə təşkilatları tərəfindən ərzaq paylanıb.

İsrailin Qəzzaya hücumları davam edir…

7 oktyabr 2023-cü ildən bu yana dayanmayan İsrail minlərlə günahsız insanı qətlə yetirib.

İsrail ordusu qadın və uşaq da daxil olmaqla 45 minə yaxın insanı qətlə yetirib, minlərlə günahsız insanı yaralayıb.

İsrailin davam edən hücumlarını dayandırmaq üçün atəşkəs danışıqları davam edərkən Qəzzadan ürəkağrıdan mənzərələr gəlir.

QƏZZƏDƏ UŞAQLAR AC…

İsrailin blokada altındakı Qəzza zolağına hücumları aramsız olaraq davam edərkən, bölgəyə tətbiq etdiyi embarqo səbəbindən fələstinlilər də aclıqla mübarizə aparır.

Qəzzanın mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində didərgin düşmüş fələstinlilərə isti yeməklər paylanıb. Uşaqlar da daxil olmaqla bir çox fələstinli bir kasa yemək almaq üçün uzun növbələr gözləyirdi.

“Bizə paylanmış qida lazımdır”

Qida növbəsində gözləyən fələstinli Hacce Serva, bazarda mövcud olan məhsulların əlçatmaz dərəcədə baha olduğu üçün burada paylanan qidaya ehtiyac duyduğunu söylədi. Qadın bir kisə unun 300 şekel olduğunu bildirərək bölgədə baha olduğunu vurğulayaraq, bölgədə müharibənin dayandırılmasını istəyib.

Yemək növbəsindəki digər fələstinli Məhəmməd Əbdülhəmid Əbu ər-Ruz insanların müflis olduğunu və yaşadıqları vəziyyətlə bağlı heç nə edə bilməyəcəklərini bildirib. Əbu ər-Ruz bölgədəki böhranın tez bir zamanda həll edilməsini istəyib.

Uzun bir gözləmədən sonra bir boşqab yeməyinə çatan Müyesser Abdulkadir Kasım əl-Masri, əslində Qəzzanın şimalındakı Şati düşərgəsində yaşadığını, lakin dəfələrlə köçkün düşdüyünü bildirib. 13 nəfərlik ailə olduqlarını bildirən qadın yemək növbəsindən ancaq 3 nəfərə çatacaq yemək ala bildiklərini bildirib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Belarus lideri Rusiyaya rəsmi səfər edib

Nigar Məmmədova

Qaradəniz qazı dünya mətbuatında

Kəmalə Sultan

Bayden İsrailin baş nazirini ədəbsizcə söydü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu