30 C
Baku
28 İyun 2025, 15:03
Dünya

Qəzzada ölənlərin sayı 44 min 580-ə yüksəldi

İsrail qüvvələrinin 426 gündür dinc əhaliyə qarşı qırğınlar törətdiyi Qəzza zolağında can itkisi 44 min 580, yaralıların sayı isə 105 min 739-a yüksəlib. İsrail 426 gündür Qəzza zolağında soyqırım törədir…

Beynəlxalq ictimaiyyətin reaksiyalarına məhəl qoymayan İsrail ABŞ və bəzi Qərb dövlətlərinin dəstəyi ilə mülki əhalinin üzərinə bombalar yağdırır.

İsrail ordusu mülki vətəndaşların sığındığı binaları, çadırları, ibadət yerlərini və məktəbləri hədəfə aldığı üçün bölgədə itkilərin sayı günü-gündən daha dəhşətli həddə çatır.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada Qəzza zolağında son 24 saatda həyata keçirilən 5 hücumda 48 fələstinlinin həyatını itirdiyi, 201 fələstinlinin isə yaralandığı bildirilib.

Bölgədə 7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən hücumların balansının da yer aldığı açıqlamada can itkisinin 44 min 580-ə, yaralı sayının isə 105 min 739-a yüksəldiyi bildirilib.

Mənbə: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal

Oxşar xəbərlər

Yaxın Şərqdə yeni müharibə sadəcə zaman məsələsidir! İrandan İsrailə açıqlama!

Aynur Camal

Rusiyadan Ukraynaya və Avropaya hədə-qorxu gəlir!

Aynur Camal

Dərini kremlə “həddən artıq qidalandırmaq” mümkündürmü? Dermatoloq izah edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu