12 C
Baku
12 Aprel 2026, 18:09
Dünya

Qəzzada şəhidlərin sayı 37 min 925-ə yüksəldi

Sionist işğalçı rejimin 270 gündür hücumlarını davam etdirdiyi Qəzzada şəhidlərin sayı 37 min 925-ə yüksəlib.

İşğal rejiminin Qəzza zolağında 7 oktyabr 2023-cü il tarixindən bu yana həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 25 nəfər artaraq 37 min 925-ə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada işğal rejiminin 270 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İşğal rejiminin son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 25 fələstinlinin şəhid olduğu, 81 fələstinlinin isə yaralandığı bildirilib.

Mənbə: İLKHA

Kəmalə Sultan

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu