11 C
Baku
3 Dekabr 2025, 10:29
Digər

Rəcəb Tayyib Ərdoğan: “Rusiya–Ukrayna müharibəsi Qara dənizdə gəmiçiliyi təhlükəyə atıb”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün brifinqdə bildirib ki, Rusiya–Ukrayna münaqişəsi artıq Qara dənizdə ticarət gəmiləri, naviqasiya, insan həyatının və ekoloji təhlükəsizliyin təhdid altına düşməsi ilə nəticələnib.

Ərdoğan xüsusilə “KAIROS” və “VIRAT” adlı tankerlərə dron hücumlarını misal göstərərək, “bu hücumları heç bir halda əsaslandırılmış saymırıq” — deyə vurğulayıb.

Ankara bildirib ki, regionda dəniz gəmiçiliyi təhlükəsizliyi, insan həyatı və ekosistemin qorunması istiqamətində bütün tərəflərə xəbərdarlıqlarını davam etdirəcək.

Mənbə: Gazeta.ru

Aynur Camal

Oxşar xəbərlər

Xartum hava limanında BMT-nin təyyarəsi vuruldu

Bugün TV

Ankarada Türk Dünyası və Toplulukları – “Novruz Bayramı” adlı tədbir keçirilib

Bugün TV

Tələbələrin ilk aralıq tənəffüsü başladı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu