21 C
Baku
12 Sentyabr 2025, 5:12
Siyasət

Rəisi Janq Minq ilə görüşüb

İran prezidenti İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Janq Minq ilə görüşüb

Bugun.tv xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi  bildirib.

“Mən ŞƏT ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verirəm. Bu ölkələrin zəngin təbii sərvətləri və geniş əraziləri var. Bu da təşkilata beynəlxalq münasibətlər sistemində mühüm rol oynamağa və birqütblüliyə effektiv müqavimət göstərməyə imkan verir”,- İbrahim Rəisi qeyd edib .

Janq Minq öz növbəsində zəngin tarixə malik İranın ŞƏT-in fəal üzvü ola biləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, 2022-ci il sentyabrın 15-16-da Səmərqənddə keçirilən ŞƏT sammiti zamanı İran ŞƏT-ə üzvlüyə  dair memorandum imzalayıb. Müvafiq öhdəlikləri yerinə yetirdikdə təşkilata üzvlüklə bağlı rəsmi prosedur başa çatacaq.

Nigar Məmmədova

Oxşar xəbərlər

Amerikalılar Bayden və Trampdan imtina etdilər – SORĞU

Teymur Əziz

“Əfsuslar olsun ki, sizdə olduğu kimi, bizim də bəxtimiz o qədər gətirməyib”

Aynur Camal

Viktor Orban: “Avropa Komissiyasının büdcəyə dəyişikliklərlə bağlı təklifi qeyri-ciddidir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu