3 C
Baku
14 Dekabr 2025, 9:16
Baş xəbərSiyasət

Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib

Bugun.tv xəbər verir ki, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Rəcəb Tayyib Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydu, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzdü.

Ali qonaq Xatirə kitabına ürək sözlərini yazdı.

Mənbə: Azərtag

Bugün TV

Oxşar xəbərlər

Bakıda körpəsini həyətə tullayan şəxsə AĞIR CƏZA

Bugün TV

Hava limanında bomba təhlükəsi: Hava limanları boşaldılıb

Bugün TV

Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu