20 C
Baku
16 Oktyabr 2025, 17:11
Baş xəbərTexnologiya

“Rəqəmsal Media” və “Sosial Media” anlayışı nədir? -EKSPERTDƏN AÇIQLAMA

“Rəqəmsal Media” və “Sosial Media” anlayışı müasir dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə yanaşı gələn yeni məfhumlardır.

“Rəqəmsal Media” məlumatların elektron formada işlənməsi və paylaşılmasıdır. Yəni rəqəmsal media səs, şəkil, video və mətn kimi məlumatların rəqəmsal formatda yaradılması, saxlanması, yayılması və istifadə edilməsidir. Buna ənənəvi medianın rəqəmsallaşması da deyə bilərik”.

Bugun.tv xəbər verir ki, bu fikri azərbaycanlı  iş adamı, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov sosial media hesabında qeyd edib.

E. Abbasovun fikrincə, “Sosial media” isə internet vasitəsilə insanların bir-biri ilə əlaqə qurmaq, fikirlərini bölüşmək, maraqlarına uyğun məzmun yaratmaq və paylaşmaq imkanı verən rəqamsal platformalardır. Həmçinin sosial media rəqəmsal media vasitəsi ilə paylaşılan məlumatların cəmiyyətə ötürülməsində əhəmiyyətli rol kəsb edir.

Rəqəmsal Media və Sosial Media arasında əlaqəli və qarşılıqlı bir təsir mövcuddur. Rəqəmsal Media, Sosial Media üçün maddi və texniki əsas təmin edir. Sosial Media isə Rəqəmsal Media üçün məzmun və istifadəçi cəlb edir.

“Azərbaycanda ən populyar sosial media platformalarına Facebook, Instagram və TikTok nümunə vermək olar. Rəqəmsal mediaya isə internet televizyaları, xəbər portalları, elektron qəzet və jurnalları nümunə vermək olar”, – ekspert vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Hədislərdən imtina insanları konseptual ibadətdən soyudur”

Aynur Camal

Həftəlik icmal – VİDEO

Aynur Camal

Ət və süd məhsullarına qarşı allergiya yaradan xəstəlik dünyaya yayılır

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu