4 C
Baku
27 Yanvar 2026, 6:25
Mədəniyyət

Rəsm və əl işləri sərgisi keçiriləcək

Bugun.tv xəbər verir ki, “Sağlamlığın qorunması” İctimai Birliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyinin təşkilatçılığı ilə 4 fevral tarixində “Gənclər Günü” münasibətilə Rəsm və əl işləri sərgisi keçiriləcək.

“Yeni Gundem”in məlumatına görə, sərginin keçirilməsində əsas məqsəd gənclərin sənətkarlığa marağının artırılması. Onların istedad və bacarıqlarının üzə çıxarılması. Tədbirlərdə və layihələrdə iştirakını dəstəkləmək. Habelə cəmiyyətdəki fəallığını təmin etməkdir. Həmçinin qeyd edək ki, “Sağlamlığın qorunması” İctimai Birliyi tərəfindən mütəmadi olaraq belə sərgilər təşkil olunur. Belə ki, “Sağlamlığın qorunması” İB tərəfindən 2 fevral 2020-ci il və 5 fevral 2022-ci il tarixlərində gənc rəssamların rəsm sərgisi keçirilib.

Xətai sənət mərkəzində keçiriləcək sərgidə gənclərin rəsm və əl işləri sərgilənəcək.

Ünvan və tarix: Xətai Sənət Mərkəzi. Xocalı küçəsi 62. 4 fevral 2024-cü il. Saat 12:00-16:00

Aynur Camal

Oxşar xəbərlər

Qəzza müharibəsi sənədli filmi “Hind Rəcəbinin səsi” Oskar mükafatına namizəd göstərildi

Aynur Camal

Bakıda İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi rəsmi təqdimatını keçirdi

Aynur Camal

8 Martda möhtəşəm duet: Orhan Ölmez və Səbuhi Zaman ilk dəfə eyni səhnədə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu