25 C
Baku
10 Sentyabr 2025, 21:07
Baş xəbər

Altıağac Milli Parkında baş verən yanğının səbəbləri rəsmi olaraq açıqlanıb

Bugün.tv  Fövqəladə Hallar Nazirliyi və Ekologiya Təbii Sərvətlər Nazirliyinin birgə verdiyi məlumata əsasən bildirir ki,  Xızı rayonu, Yuxarı Əngilan kəndinin yaxınlığından başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçmişdir.

Aparılan ilkin araşdırmaların nəticəsi olaraq yanğının ərazidə ocaq qalanması nəticəsində başladığı ehtimal edilir.

ETSN və FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilmiş ocaq yerinə baxış keçirilib, ərazidən fotolar çəkilib, şahidlərin izahatları alınıb.

Hazırda hadisə yerindən tərtib edilmiş müvafiq sənədlər, dəlil və sübutlar əsasında təhqiqat işləri davam etdirilir.

Yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Aynur Camal

Oxşar xəbərlər

ANAMA: Ötən həftə 303 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizləndi

Aynur Camal

2 mikroavtobus toqquşdu: 8 yaralı var

Bugün TV

NATO Belarusa qarşı sanksiyalar siqnalı verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu