6 C
Baku
8 Fevral 2026, 23:49
Mədəniyyət

Rəssamlarla görüş keçirildi

Bugun.tv-yə daxil olan məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Birliyin heyət üzvlərinin iştirakı ilə əlamətdar tədbir keçirilib. Tədbir çərçivəsində Birliyin üzvü olan 14 rəssama Azərbaycan Rəssamlar İttifaqının, bir nəfərə isə Naxçıvan Rəssamlar Birliyinin üzvlük vəsiqələri təqdim olunub.

Vəsiqələrin təqdimatı zamanı Birliyin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək dövlətimizin sənət adamlarına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. O, həmçinin Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilova göstərdiyi yüksək etimada görə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, bundan əvvəl, iyul ayında yeni üzvlərin iştirakı ilə Bakı şəhərində Azərbaycan Rəssamlar İttifaqının nəzdində fəaliyyət göstərən Vəcihə Səmədova adına Sərgi Salonunda ümumi-seçim sərgisi keçirilmişdi.

Azərbaycan Rəssamlar İttifaqına qəbul olunmuş bütün rəssamlarımızı təbrik edir, yaradıcılıq uğurlar arzu edirik!

Aynur Camal

Oxşar xəbərlər

İsraildə yaşayan azərbaycanəsilli müğənni Leyla Valayeva Channel 13-də çıxış etdi

Aynur Camal

Venesiya Film Festivalı üçün 2026 proqramında Asiya kinematoqrafiyası geniş yer alacaq

Aynur Camal

Şuşada Azərbaycanın qəhrəmanlarına həsr olunmuş “Yarımçıq Qalmış” tamaşasının premyerası keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu