21 C
Baku
14 Oktyabr 2025, 13:55
Digər

Raket hücumunda 3 mülki şəxs həlak oldu

Bugun.tv xəbər verir ki, hadisə Yəməndə yaşanıb. Husilər Taiz vilayətinin Mavza rayonunun Qəzlə əl-Avaşikə bölgəsində mülki yaşayış məntəqəsinə raket zərbəsi endiriblər.

Bu barədə SABA xəbər agentliyi məlumat yayıb.

Hücumda 3 yeniyetmə həyatını itirib, 9 mülki şəxs xəsarət alıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu, reanimasiya şöbələrində müalicə aldıqları bildirilib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından hərəkata qarşı Yəmən hökumətinə dəstək verir.

Bildirilir ki, husilərdən insidentlə bağlı heç bir açıqlama verilməyib.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Narkotik çəkib, avtobus sürdü – VİDEO

Teymur Əziz

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi oldu

Kəmalə Sultan

Kreml: İranda rejim dəyişikliyi söhbəti qəbuledilməzdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu