Cənubi Afrika Respublİkası Prezidenti Cyril Ramaphosa ölkəsinin bu il Johannesburg şəhərində keçirilən G20 Zirvəsində uğurlu ev sahibliyini xalqın həmrəyliyi və dəstəyi sayəsində mümkün olduğunu bildirib. Ramaphosa vurğulayıb ki, Zİrvə Afrika qitəsində keçirilən ilk G20 görüşü idi və bu hadisə Cənubi Afrikanın qlobal arenada etibarlılığını artırıb.
O, nitqində “xalqın G20-si” ideyasını önə çəkərək, dünya liderlərinə göstərilən “ubuntu” ruhunu — yəni birgəyaşayış və birliyə olan inamı — qürurla nümayiş etdirdiklərini vurğulayıb. Ramaphosa əlavə edib ki, bu zirvə təkcə diplomatik görüş deyil, həm də Afrika ölkələrinin inkişaf prioritetlərini dünya gündəminə daşımaq fürsəti idi.
Eyni zamanda dövlət başçısı ölkədən – sakinlərdən gələn dəstək və həmrəylik sayəsində G20 Zirvəsinin uğurlu başa çatdığını qeyd edib və Cənubi Afrika xalqını gələcək üçün birgə çalışmaq çağırışı ilə müraciət edib: məqsəd — ölkəni sülh, firavanlıq və inkişaf yoluna yönəltməkdir.
Mənbə: AllAfrica.com
