25 C
Baku
8 Sentyabr 2025, 0:25
Baş xəbərDigər

Ramazan ayının gündəlik imsak-iftar vaxtı və duaları

Bu gündən başlayaraq, Bugun.tv sizi orucluq ayı boyunca imsak-iftar vaxtı və duaları ilə məlumatlandıracaq.

Öncə onu qeyd edək ki, Ramazan ayının iftar və imsak vaxtı bölgələrə, şəhər və rayonlara görə dəyişir. Bu günün iftar saatı Bakı vaxtı ilə 19:09-da olacaq.

İftardan öncə deyilən duanı diqqətinizə çatdırırıq:

“İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən, duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla”.

Ramazan ayının 2-ci gününün (24 mart) imsak vaxtı 05:13-də bitir.

Sabahın imsak vaxtının duası isə belədir:

“İlahi mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et. Məni qəflət yuxusundan oyat. Bu ayda günahlarımı bağışla, ey Aləmlərin Rəbbi, məni əfv et, ey günahkarları əfv edən Allah”.

Allah qəbul etsin!

Bugün TV

Oxşar xəbərlər

“Xocalı həqiqətlərini bütün dünya qəbul etməlidir”

Aynur Camal

Sabirabad rayonunda ağır avtoqəza hadisəsi baş verdi

Kəmalə Sultan

İspaniyada isti hava şəraiti səbəbindən 2 mindən çox insan həyatını itirdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu