Bugun.tv xəbər verir ki, Ramazanın 4-cü gününün (26 mart) imsak vaxtı 05:09-da başa çatır.
İmsak vaxtının duası belədir:
“İlahi, bu ayda mənə sənin (oruc tutmaq barədə) əmrini yerinə yetirməyə qüvvət ver. Sənə zikr etməyin şirinliyini mənə daddır. Səxavətinə görə sənə şükr etməyə məni ruhlandır. Məni bu ayda özün hifz et və qoru, ey bəsirətlə nəzər edən, Allah”.
İftar vaxtı isə 19:12-də olacaq.
İftar zamanı deyilən duanı diqqətinizə çatdırırıq:
“İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən, duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla”.
Allah qəbul etsin!
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri