Baş xəbər

Ramazanın son günləri ilə bağlı çağırış edib

Milli Məclisin deputatı Ceyhun Məmmədov Ramazan ayının son günləri ilə bağlı sosial media hesabında paylaşım edib.

Deputat qeyd edib ki, Ramazan ayının artıq son günləri yaşanır və bu mübarək ayın mənəvi faydalarından maksimum yararlanmaq vacibdir. O, bildirib ki, ilk növbədə bu Ramazanı yaşamağı nəsib etdiyi üçün Allaha şükür etmək lazımdır.

Ceyhun Məmmədov vətəndaşları bu günlərdə daha çox dua etməyə, günahların bağışlanmasını diləməyə və insanların haqqına girənlərin onlardan halallıq almasına çağırıb. O vurğulayıb ki, insan bu dünyadan qul haqqı ilə getməməlidir.

Deputat həmçinin qeyd edib ki, Ramazan ayında əldə olunan mənəvi saflıq, paklıq və əxlaqi dəyərlər digər aylarda da qorunmalıdır. Onun sözlərinə görə, insanlar bütün il boyu Ramazan ruhunu yaşatmağa çalışmalıdır.

Paylaşımda dua və arzular da yer alıb. Deputat Allahdan bütün oruc və duaların qəbul olunmasını diləyib, dövlətin, xalqın və birliyin qorunmasını arzulayıb, şəhidlərə rəhmət, yaralı qazilərə isə şəfa diləyib.

Aynur Camal

Oxşar xəbərlər

Putin Ramazan bayramı münasibətilə müsəlmanları təbrik etdi

Aynur Camal

Ceyhun Məmmədov: “Fitrə zəkatı 10-15 manat arasında dəyişə bilər”

Aynur Camal

İlham Əliyev Qarabağda Novruz tonqalını alovlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu