3 C
Baku
14 Dekabr 2025, 7:13
Digər

Ramin Rzayev Media Tədris Mərkəzinin tələbələrinə operator peşəsi ilə bağlı təlim keçdi

Bugun.tv xəbər verir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, Studiya rəhbəri Ramin Rzayev Media Tədris Mərkəzinin tələbələrinə təlim keçib. Təlim həm nəzəriyyə, həm də praktika əsaslı olub. R.Rzayev gələcəyin televiziya jurnalistlərinin operatorla birgə əməkdaşlığından danışıb, qaydaları öyrədib.

Bundan başqa çəkiliş meydançasında olan hər iki peşə sahibinin üzərinə düşən məsuliyyət onlara izah edilib. Tədris mərkəzində operator kursunu öyrənən tələbələr 6 ay müddətinddə keçilən dərslər əsasında sorğu-sual ediliblər.

Kameradan istifadə qaydaları, balansın qurulması, diafraqmanın tənzimlənməsi, çəkliş planları, üçayaqlı qurğudan istifadə qaydaları, düzgün rakurs və digər bu kimi məsələlər bir daha diqqətə çatdırılıb. Jurnalistlərin mikrafonlarla (əl, yaxa, distasion mikrafonlar) işləmə qaydaları, stendap və müsahibə zamanı lazım olan məqamlar onların diqqətinə çatdırılıb. Sonra praktik məşğələ həyata keçirilib.

Təlimin sonunda Ramin Rzayev tələbələri maraqlandıran suallara cavab verib. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bugün TV

Oxşar xəbərlər

Böyük Britaniyada enerji xərcləri artırılacaq

Bugün TV

Bonos Sin Depósito Códigos gratis por registro 2025

Bugün TV

Sabah Nigar Rəfibəylinin doğum günüdür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu