10 C
Baku
22 Dekabr 2024, 18:37
Mədəniyyət

Ramiz Əzizbəyli – 75

Bugun.tv xəbər verir ki, Ramiz Əzizbəylinin yubileyi yaxınlaşırdı. Heykəltaraş dostum Eldardan xahiş etdim ki, onun büstünü hazırlasın, xərci mənim boynuma. Eldar dedi ki, hec nə lazım deyil, onun büstünü böyük məmnuniyyətlə qayıraram, ikimizin adından yubilyara hədiyyə edərsən.

Bir həftədən sonra zəng elədi ki, büst hazırdır, gəl apar. Axşam getdim Eldarın emalatxanasına. Eldar özü yox idi. Şagirdi məni qarşılayıb dedi ki, Eldar müəllimi təcili çağırdılar, getdi. Büst hazırdır. Bağlamanı mənə göstərdi. Allah saxlamış mənə əziyyət verməyib bağlamanı aparıb qoydu maşına, səhərə yaxın maşını sürdüm Ramizgilin köhnə məhəlləsinə. İstəyirdim səhər məhəllə sakinləri yuxudan oyananda Ramizin büstünü görüb heyrətlənsinlər. Bağlamanı maşından düşürdüb, başladım büstü qoymaq üçün münasib yer axtarmağa. Elə bu vaxt bir qoca kişi əlində əsa gəldi. Əsanın ucu ilə bağlamanı araşdırd, sonra zəhmli səsi ilə dedi:

-Yığışdır, bura bunun yeri deyil.

-Ay ağsaqqal, bura bunun əsl yeridir, yəqin tanımadınız?

-Yaxşı tanıyıram, dabbaqda gönünə bələdəm, yığışdır. Bunu mənə tanıtdırırsan, aləmin vələdüznasıdır. Nə qədər bu əsa ilə vurub sındırmamışam yığışdır!

Ağdaqqal çox zəhmli kişi idi, qorxdum ki, əsa ilə büstü yox, mənim baş-gözümü patrladar. Bağlamanı maşına qoyub aradan çıxdım. Yolda öz-özümə dedim: Yəqin qonşulugqda köhnə ədavətləri var onun üçün də razı olmadı.

Sonradan ağlıma bir fikir gəldi. Bu büstü aparım qoyum Ramizin dərs dediyi İncəsənət Universitenin həyətinə. Səhər tələbələr, müəllimlər dərsə gələndə  görüb heyrətlənəcəklər. Maşını sürdüm İncəsənət Universitetinin həyətinə. Həyətində hec kim yox idi. Tez bağlamanı maşından düşürtdüm, başladım büstə münasib yer axtarmağa. Bu vaxt hardansa bir polis peyda oldu. Bağlamaya çox şübhəli baxdı. Sonra bağlamanı açıb büstü görən kimi tez bağlamanı bağladı. Məni yanına çağırıb dedi:

– Ə sən nə etmək istəyirsən?

Dedim, istəyirəm bu büstü universitetin həyətinə qoyum.

Dedi:

-Lazım olsaydı hökumət özü qoyardı, yığışdlr. Nə qədər səni büst qarışıq aparıb KPZ-yə salmamışam!

Dedim, cənab polis,burda nə pis şey var ki?

Dedi ki, sən deyəsən öz xoşuna getmək istəmirsən. Bu saat komanda çağıraram

Dedim gedirəm. Bağlamanı maşına qoyub gəldim universitetin yaxınlığındakı çayxanaya. Bu çayxanaya biz Ramizlə tez-tez gəlirik. Bu dəfə onun özü ilə yox büstü ilə gəlmişdim. Adəti üzrə çayçıya bir çaynik çay, iki stakan gətir, dedim. Bağlamanı maşından götürüb qoydum stolun üstünə. Dedim hə…Ramiz,indi biz çay içəcəyik.

Sonra bağlamanı açdım, gözlərimə inanmadım. Sən demə şagird Ramiz Əzizbəylinin büstünün yerinə Leninin büstünü bükübmüs.̧ Məni bir gülmək tutdu, gülməkdən gözlərim yaşardı. Birdən mənə elə gəldi ki, Leninin də dodağı qaçdı. O ki, qaldı Ramiz Əzizbəylinin büstünə, onu elə fikirləşdiyim kimi gecə ikən aparıb köhnə məhəllədə qoyacağam. Səhər məhəllənin sakinləri yuxudan durub, Ramiz Əzizbəylinin büstünü görüb heyrətlənsinlər. Necə ki, həmişə onun oynadığı rolları, çəkdiyi filmləri  görüb heyrətlənirlər…

Əhməd Orucoğlu

Bugün TV

Oxşar xəbərlər

Britaniyanın “The Beatles” musiqi qrupu süni intellektin köməyi ilə yeni mahnı hazırladı

Bugün TV

Acun Ilıcalı: Çağla ilə xoşbəxtəm

Bugün TV

Niderlandda “Əfsanəvi General” kitabının təqdimatı oldu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu