ABŞ Konqresində çıxış edən İsrail Baş naziri Binyamin Netanyahu minlərlə fələstinlinin həyatını itirdiyi Qəzzada heç bir mülki vətəndaşın ölmədiyini iddia edərkən, ABŞ Nümayəndələr Palatasının üzvü Rəşidə Tlaib bütün konqres tərəfindən alqışlarla qarşılanan Netanyahuya təkbaşına etiraz edib.
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ Konqresinin liderlərinin dəvəti ilə keçirilən birgə iclasda təxminən 1 saat davam edən çıxış edib.
7 oktyabr 2023-cü ildə HƏMAS hücumlarının ABŞ-da 1941-ci ildə Pearl Harbora və 2001-ci ildə Əkiz Qüllə hücumlarına bənzədiyini müdafiə edən Netanyahu, Qəzza hücumlarında İsrailə verdiyi dəstəyə və “qürurlu bir insan” dediyinə görə ABŞ prezidenti Co Baydenə təşəkkür edib.
Qəzzada dinc əhalinin öldürülməsi ilə bağlı deyilənlərin yalan olduğunu iddia edən Netanyahu, “Eşitdiyiniz bütün yalanlara baxmayaraq, Qəzza şəhər müharibələri tarixindəki itkilərlə müqayisədə döyüşməyən mülki vətəndaşların itkilərinin ən aşağı olduğu yerdir” deyə iddia edib.
O, Qəzzada dinc əhalinin öldürülmədiyini də iddia edib
Həmçinin 40 mindən çox yardım maşınının Qəzzaya keçməsinə icazə verdiklərini iddia edən Netanyahu, “Qəzzada kifayət qədər qida ala bilməyən fələstinlilər varsa, bunun səbəbi İsrailin buna mane olması deyil, HƏMAS-ın onları oğurlamasıdır” deyib.
O, təkbaşına Netanyahuya etiraz edib
Bir saata yaxın davam edən çıxışı zamanı Netanyahunun hər cümləsinin sonunda ABŞ Konqresinin üzvləri tərəfindən uzun sürən alqışlarla qarşılanması diqqət çəkib.
ABŞ Konqresinin Fələstin əsilli yeganə üzvü Rəşidə Tlaib Netanyahunun çıxışı boyunca əlində “Müharibə cinayətkarı” yazılmış pankartla görüntülənib.
Mənbə: EnSonHaber