Baş xəbərSosial

Ravin Ş.Simantov: “Qətlə yetirilənlər arasında minlərlə yəhudi olub”-VİDEO

1918-ci ilin 31 mart tarixində ermənilərin törətdiyi soyqırımında qətlə yetirilənlər arasında 3000-ə yaxını yəhudi olub. Araşdırmalara görə, onlar Quba qəzasında və Dərbənddə həyata keçirilən qətliam zamanı vəhşicəsinə öldürülüblər.

Bu haqda Bugun.tv-yə İsraildə, paytaxt Təl-Əvivin ravini, Azərbaycanda doğulub, böyüyən Şmuel Simantov məlumat verib. Onun sözlərinə görə, 1918-ci ildə törədilən soyqırımı nəticəsində təkcə azərbaycanlılar yox, başqa millətlərlərdən də öldürülənlər olub. Əsas da yəhudilər. “3000-ə yaxın yəhudi ermənilərin törətdiyi vəhşiliklərin qurbanı olub. Ancaq dünya ictimayyəti bundan xəbərsizdir. Biz öz haqq səsimizi duyura bilmirik. Əksinə, ermənilər qarışqadan fil edib, bütün dünyaya car çəkib, onlara qarşı heç vaxt olmayan soqırımından danışırlar. Ermənilər illər boyunca öz çirkin əməllərindın əl çəkməyiblər. Biz bunu Qarabağın işğalında da gördük. Dəhşətli Xocalı qətliamı hər kəsin gözü qarşısında oldu. Yüzlərlə insan öldürüldü.  Evləri yandırıldı, yurd-yuvalarından didərgin salındı. Bu gün 31 Mart azərbaycanlılara qarşı törədilən soqırımın il dönümüdür. Mən çox istərdim ki, bu haqsızlıqlara son qoyulsun. Azərbaycan həqiqətini bütün dünya tanısın. Ermənilər bu əməllərə görə cavab versinlər”,- ravin Şmuel Simantov bildirib.

Xatırladaq ki, azərbaycanlıların soyqırımı nəticəsində, təkcə, 1918-ci il martın 31-dən aprelin 3-dək olan müddətdə 10 mindən çox azərbaycanlı qətlə yetirilib.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

İşğal rejiminin Suriyaya hava hücumu

Aynur Camal

NASA üçün Aya eniş aparatı inşa edəcək

Teymur Əziz

İsveç polisi Quran kitabının yandırılmasına icazə verdi! – TƏXRİBAT

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu