19 C
Baku
8 Sentyabr 2024, 3:44
Kriminal

Rayon sakinləri İmişlidə 6 kiloqram narkotiklə tutuldu

Bugun.tv xəbər verir ki, polisin İmişlidə əməliyyat keçirib. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Salyan rayon sakinləri Allahşükür Yusibov və Elçin Abdullayev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxslərdən 6 kiloqram narkotik vasitə marixuana, tiryək, metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, həmçinin “TT” markalı tapança və həmin silaha aid 12 ədəd patron aşkar edilərək götürülüb. A.Yusibov və E.Abdullayev narkotikləri sosial şəbəkə vasitəsilə tanış olduqları əcnəbi narkotacirdən onlayn yolla aldıqlarını bildiriblər.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Bir şəxsi döyərək taladılar

Aynur Camal

Cinayət təşkilatının 7 vilayətdə əməliyyatı oldu: 22 nəfər həbs edildi

Bugün TV

Ər həyat yoldaşı ilə birgə qətlə yetirilib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu