24 C
Baku
11 Sentyabr 2025, 3:58
Dünya

Reaktiv xizəklə qətl: Rus turistin cəsədi bir neçə saat sonra qayalıqlarda tapıldı

Avstraliyadan Taylanda tətilə gələn David Robert Herbst kirayə götürdüyü reaktiv xizəklə fərqində olmadan qətl törədib. 25 yaşlı gənc 58 yaşlı rusiyalı turist Kirill Qolovaçevi dənizdə vuraraq öldürüb. Taylandda dostu ilə istirahət edən avstraliyalı David Robert Herbst Karon çimərliyi yaxınlığında icarəyə götürdüyü reaktiv xizəklə 58 yaşlı rusiyalı turist Kirill Qolovaçevin ölümünə səbəb olub.

Herbst reaktiv xizəklə rus turistin üstündən keçərək yoluna davam edib. 25 yaşlı gəncin dayanmaq əvəzinə yoluna davam etdiyi anlar kameralara düşüb. Herbst də hadisə yerindən qaçaraq dostu ilə yaxınlıqdakı adaya gedib. Rusiyalı turistin cansız cəsədi bir neçə saatdan sonra balıqçılar tərəfindən qayalarda ilişib qalmış vəziyyətdə tapılıb.

İlkin tapıntılar onun boğulduğunu göstərsə də, polis ölüm səbəbinin reaktiv xizək qəzası olduğunu təsdiqləyib.

Rusiyalı turistin ölüm səbəbi müəyyən edildikdən sonra Herbst tutularaq oteldə saxlanılıb. Herbst ölümlə nəticələnən ehtiyatsızlıqda ittiham olunur.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Peruda Yaku qasırğası 10-larla insanın həyatına son qoydu

Nigar Məmmədova

“Diversantlar siçovullar kimi məhv edilməlidir”

Aynur Camal

Mütəxəssislər xəbərdarlıq edir: Telefonunuzu enerji ilə doldurarkən bu 5 səhvə yol verməyin

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu