28 C
Baku
11 Sentyabr 2025, 15:29
İdman

“Real Madrid” 16 yaşlı braziliyalı üçün 72 milyon avro ödəyəcək

“Real Madrid” braziliyalı Endriklə şifahi razılaşma əldə edib.

Bu barədə Fabrisio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər arasında hələ heç nə imzalanmayıb, lakin müqavilənin bütün detalları razılaşdırılıb.

Bugun.tv-nin əldə etdiyi məlumata görə, “Real Madrid” “Palmeyras”a əsas məbləğ kimi 60, vergi olaraq 12, ümumilikdə isə 72 milyon avro ödəyəcək.

Kral klubu transferi dekabr ayının sonunadək yekunlaşdırmağa ümid edir.

Qeyd edək ki, 2006-cı ildə anadan olan Endrik yalnız 2024-cü ilin iyulunda, 18 yaşı tamam olanda Madrid klubuna keçə biləcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

Nenad Bjelica “Trabzonspor”da

Bugün TV

RPL klubunun legioneri Rusiyanı Qvineya-Bisau ilə müqayisə etdi

Aynur Camal

Gənc idmançımız qızıl medal qazandı – FOTOLAR

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu