9 C
Baku
13 Dekabr 2025, 23:45
İdman

Redmond “Beşiktaş”la vidalaşdı

Bugun.tv xəbər verir ki, Nathan Redmond sosial media hesabından verdiyi açıqlama ilə “Beşiktaş”la vidalaşıb.

Ötən mövsüm icarə əsasında bu komandada çıxış edən Natan Redmond ayrıldığını yazıb. “Gəldiyim ilk gündən mənə yalnız sevgi və dəstək göstərdiniz. Derbi axşamları və birlikdə yaşadığımız bütün digər anlarda – çətin anlarda da, gözəl anlarda da – hər zaman bir yerdə olduq. Ən yüksək dəstəyi burada gördüm və əminəm ki, siz dünyanın ən yaxşısısınız. Siz mənə fanat olduğunuzu başa saldınız”, – futbolçu bildirib.

“Mən və ailəm üçün bu il geri qayıtmamaq və ağ-qara formanı geyinməmək çətin bir qərardır, lakin mən orada sizinlə keçirdiyim mövsümə və xatirələrə görə, sizə sonsuza qədər minnətdar olacağam. Gələcəkdə həmişə bu komandanı izləyəcəm. Sizə uğurlar arzulayıram! Bu vida deyil, tezliklə görüşərik”.

Ötən mövsüm “Beşiktaş”ın heyətində 29 oyun keçirən Redmond 6 qol vurub, 6 məhsuldar ötürmə edib.

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Ronaldo əsəbi davranışı ilə diqqət çəkdi

Bugün TV

“Qarabağ”ın Antalyadakı yoxlama oyunlarının tarixləri AÇIQLANDI

Bugün TV

Azərbaycan boksçuları Millətlər kubokunda 11 medal qazanıblar – FOTO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu