30 C
Baku
28 İyun 2025, 14:35
Baş xəbərİqtisadiyyat

Region valyutaları dəyərini itirir – TƏHLİL

“Region valyutaları dəyər itirməkdədir. Son 1 ayda dollara nisbətən Türkiyə lirəsi 18.7 faiz, Rusiya rublu 5.9 faiz, Gürcüstan larisi 3.1 faiz, Qazaxıstan təngəsi isə 1.2 faiz ucuzlaşıb. ABŞ pulunun qlobal bazarda güclənməsi region valyutalarına da təsirsiz ötüşmür. Region valyutalarının ucuzlaşması fonunda istehlak bazarlarında da qiymət artımları müşahidə olunur”.
Bugun.tv xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov facebook hesabında yazıb. Onun sözlərinə görə, Rusiya rəsmi statistikasında şimal qonşumuzda inflyasiya səngiməsi görsənsə də rublun ucuzlaşması idxal olunan malların qiymətinə təsirsiz ötüşmür.
Türkiyədə isə inflyasiya ilə mübarizə əsas hədəf olaraq qalmaqdadır. Tədiyə balansında profsit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsi bu ilin ilin 5 ayında 5.1% möhkəmləndirib. Qeyd edək ki, tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Qeyri-neft ixracatı üzrə əsas tərəfdaşlarımızda milli valyutaların ucuzlaşması isə Azərbaycanın enerjidən kənar məhsullarının həmin ölkələrdə bahalaşmasına səbəb olur.
“Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”, – V.Bayramov əlavə edib.
Nigar Məmmədova

Oxşar xəbərlər

Azərbaycan kinematoqrafçılar ittifaqı kino günü ənənəvi mükafatının qaliblərini açıqladı

Aynur Camal

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar saxlanıldı

Bugün TV

Ola bilsin ki, siz səhv yuyursunuz: bunu necə etmək olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu