Norveçin paytaxtı Osloda relsdən çıxan tramvay Apple mağazasına çırpılıb. Qəza nəticəsində 4 nəfərin yaralandığı bildirilib. Tramvayın hansı səbəbdən relsdən çıxdığı hələlik məlum deyil. Norveçin paytaxtı Osloda baş verən tramvay qəzasının qarşısı tez alınıb. Naməlum səbəbdən tramvay relsdən çıxaraq mağazaya çırpılıb. Dərhal hadisə yerinə təcili yardım qrupları gəlib. Qəza nəticəsində sürücü və mağazada olan 3 nəfərin xəsarət aldığı bildirilib. Səlahiyyətlilər hadisə nəticəsində ciddi xəsarət alan olmadığını açıqlayıb. Qəza baş verən zaman tramvayda 20 nəfərin olduğu bildirilib.
Tramvayın girdiyi mağazanın Apple mağazası olduğu və qəzanın böyük dağıntılara səbəb olduğu açıqlanıb. Hadisə yerinə baxış keçirən polis məmuru Anders Roenninq bildirib ki, tramvay sola dönmək üçün hərəkət edib, lakin relsdən çıxıb və “düz irəli gedib mağazaya girib”.
Oslo bələdiyyəsinin sözçüsü hadisənin nədən qaynaqlandığını söyləmək üçün hələ tez olduğunu bildirib və əlavə edib: “Bizim mütəxəssislərimiz tərəfindən sahədə araşdırmalar aparmalı olacağıq”.
Mənbə: TGRT