8 C
Baku
21 Dekabr 2025, 19:25
Sosial

Respondentlərin 80%-dən çoxu İlham Əliyevə tam etibar edir

Azərbaycanda respondentlərin 88,1%-i Prezident İlham Əliyevə tam etibar edir, 10,2%-i isə əsasən etibar edir.

Bugün.tv xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin dövlət başçısının bu ilin ilk dörd ayı  üzrə fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğunun nəticəsində məlum olub.

Mərkəzdən bildirilib ki, məqsəd Prezidentin ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Rəy sorğusu əsasında hakimiyyətin digər qollarına, parlament və məhkəmə orqanlarına olan ictimai inam və etimad səviyyəsi öyrənilib. Sorğu iştirakçılarının 32,5%-i Milli Məclisə tam etibar etdiyini, 37,7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 4,7%-i əsasən etibar etmədiyini, 22,2%-i isə heç etibar etmədiyini bildirib. 3,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Düzgün fikir və mövqe çağırışı: Gənclərin gələcəyinə yönələn yeni mesaj

Aynur Camal

Günel İbrahim Bakı Reablitasiya Mərkəzinin əməkdaşlarına əlilliyi olan qadınlarla davranış qaydaları ilə bağlı təlim keçdi

Elnarə Dərziyeva

Heydər Əliyev Fondu – 20 il!

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu