19 C
Baku
8 Sentyabr 2024, 3:59
Baş xəbərSiyasət

Respublika Veteranlar Təşkilatında bir qrup veterana qurumun üzvlük vəsiqəsi təqdim olunub

Bugun.tv xəbər verir ki, dövlətimiz hər zaman şəhid ailələri və veteranlara yüksək diqqət və qayğı göstərir. Veteranlar da hər zaman olduğu kimi bundan sonra da, dövlətimizin və xalqımızın yanında olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında birinci Qarabağ müharibəsi və Vətən müharibəsi veteranları ilə keçirilən görüşdə səsləndirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov veteranların xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətindən danışıb, eləcə də, hazırda onlar qarşısında dayanan vəzifələrə diqqət çəkib.

“Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov çıxış edərək veteranların gənc nəsil üçün örnək olduğunu, onların İkinci Qarabağ müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqların heç vaxt unudulmayacağını vurğulayıb.

Sonra Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova şəhidlərin və veteranların Qarabağın erməni işğalçılarından azad edilməsindəki tarixi roluna toxunub, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə onların göstərdiyi qəhrəmanlardan söz açıb.

Bundan sonra bir qrup müharibə veteranına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlük vəsiqəsi təqdim edilib.

Daha sonra çıxış edən müharibə veteranları Prezident, Ali Baş Komandan İlham Əliyevlə həmrəyliklərini nümayiş etdirib, milli maraq və mənafeylərin keşiyində ayıq-sayıq dayanmağın zəruriliyini qeyd ediblər.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Yol hərəkəti qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olundu-VİDEO

Nigar Məmmədova

Serbiya-Kosovo xəttində gərginlik

Aynur Camal

Uranda həyat ola bilər – NASA ELAN ETDİ

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu