24 C
Baku
11 Sentyabr 2025, 4:47
Baş xəbər

Respublikada ətraf mühitin çirkləndirilməsinə qarşı tədbirlər davam etdirilir

Quba rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bugün.tv – yə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib. Tədbirlər zamanı rayonun 1-ci Nügədi, Ağbil, Rustov və Təngəaltı kəndləri ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə hər dörd kəndin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.


Bu istiqamətdə tədbirlər davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Paytaxtda zəncirvari qəza baş verdi

Bugün TV

“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” ictimai birliyi yaradıldı

Kəmalə Sultan

Qurban bayramı necə qeyd olunmalıdır?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu