17 C
Baku
10 İyun 2025, 5:37
Baş xəbərDünya

Restorana silahlı basqın nəticəsində 5 nəfər ağır yaralandı

Fransanın qərbindəki Puatye şəhərində restorana silahlı hücum nəticəsində 5 nəfər ağır yaralanıb. Yerli mətbuatın məlumatına görə, ötən gecə Couronneries rayonunda restorana silahlı hücum edilib.

Hadisə zamanı biri 15, ikisi 16 yaşlı 5 nəfər ağır yaralanıb.

Polis rəsmilərinin açıqlamasına görə, 15 yaşlı gənc başından güllə yarası alıb.

Hadisəyə təhlükəsizlik qüvvələri müdaxilə edib.

Daxili işlər naziri Bruno Retalleau hücumun “rəqib dəstələr arasında döyüş” nəticəsində baş verdiyini və narkotik ticarəti ilə bağlı olduğunu bildirib. Nazir Retailleau deyib ki, Poitiers Prokurorluğunun məlumatına görə, hadisə ilə bağlı 400-600 nəfər var.

Poitiers Bələdiyyə Başçısı Leonore Moncond’huy X hesabındakı paylaşımında “zorakılığın qəbuledilməz olduğunu” söyləyib. Moncond’huy hadisəyə tez bir zamanda aydınlıq gətirilməsini və cinayətkarların tutulmasını istəyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə 7 gün matəm elan olundu

Nigar Məmmədova

Tbilisidə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bugün TV

Alimlər: Hazır yemək üç təhlükəli xəstəliyə yol açır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu