9 C
Baku
23 Dekabr 2024, 5:31
Mədəniyyət

Reza Deqati: “Xocalıda baş verənləri dünyaya çatdırmaq mənim ömürlük vəzifəmdir”

Peşəmlə bağlı çox mövzular işləmişəm, yaxın, uzaq çox ölkələrdə olmuşam, dünyanın ən qaynar nöqtələrindən reportajlar hazırlamışam, amma məni Xocalıda gördüklərim qədər təsirləndirən, ağrıdan olmayıb. Aradan 31 il ötməsinə baxmayaraq, indi də o anaları unuda bilmirəm. Yazmaqla, şəkil çəkməklə bu mövzu bitmir, Xocalı həmişə bizim yaddaşımızın qanayan yeridir. Doğurdan da Xocalı əsrin faciəsidir.

Bugun.tv xəbər verir ki, bunu AZƏRTAC-a məxsusi müsahibəsində dünyaca məşhur fotojurnalist Reza Deqati deyib.

“Mən Xocalı soyqırımının şahidi olmuşam. O vaxtdan gecə-gündüz bu faciənin ağrı-acılarını dünyaya çatdırmaq üçün əlimdən gələni edirəm. Sanki mən də Xocalı sakinlərindən biri olmuşam. Ötən qırx ildə 360 sərgim açılıb ki, onlardan da 50-dən çoxu Xocalı faciənə həsr olunub. Məqsədim bu faciənin böyüklüyünü dünyada tanıtmaqdır. Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyini gördüm, nalələrini eşitdim, çəkdiyi əzabları fotolentimin yaddaşına köçürdüm. O anları ki, mən gördüm, o səsləri ki, mən eşitdim, bütün bunlar mənə dərindən təsir etdi. Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəm, çiyinlərimdə olan bir yükdür”, – deyə fotoqraf qeyd edib.

Reza Deqati qeyd edib ki, Xocalı faciəsinin dünyada daha geniş tanıdılması üçün veb-saytını istifadəyə verib: “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tərəfdaşlığı ilə “Khojalywitness.org” saytı hazırlandı. Saytda 1992-ci ildə Xocalıda və Ağdamda çəkilən şəkillər hekayələri ilə birlikdə təqdim olunur. Həmçinin bir çox nüfuzlu beynəlxalq media orqanlarının soyqırımı ilə bağlı yaydıqları faktlar portala yerləşdirilib. Eyni zamanda, Xocalı soyqırımının şahidi olmuş amerikalı jurnalist, yazıçı Tomas Qoltz, jurnalist və operator Çingiz Mustafayev, fransız fotoqraf və kinorejissor Frederik Lengan, litvalı fotojurnalist Riçardas Lapaidis tərəfindən qeyd olunmuş faktlar da sayta əlavə edilib.

Xocalı haqqında məlumatların daha geniş oxucu kütləsinə çatdırılması məqsədilə portal Azərbaycan, fransız, ingilis və rus dillərində hazırlanıb. Gələcəkdə saytın ən azı 10 dildə fəaliyyət göstərməsi nəzərdə tutulur”.

Saytın yaradılmasında əsas məqsədlərindən birinin Xocalı qurbanlarının, şahidlərinin hekayələrini göstərmək olduğunu söyləyən Reza Deqati bildirib ki, insanlar bu şəkillərə baxaraq öz əzizlərini tapmasına, yaxınlarını tanımasına yardımçı olmaqdır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ümumxalq hüzn günü ilə bağlı “Cənnətə bilet”adlı tamaşa oynanılacaq.

Şükufə Ramizqızı

Gənc saz ifaçısının klip təqdimatı oldu

Nigar Məmmədova

“ İctimai Natiq” layihəsinin bağlanış və mükafatlandırma mərasimi həyata keçirilib…

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu