8 C
Baku
22 Dekabr 2025, 1:06
Digər

Reza Deqatinin Xocalı soyqırımı haqqında yeni saytı istifadəyə verilib

Dünyaca məşhur fotojurnalist Reza Deqati Xocalı soyqırımının daha geniş tanıdılması üçün yeni saytı istifadəyə verib.

Bugun.tv xəbər verir ki, “Xocalı soyqırımı şahidi” beynəlxalq saytı 4 dildə hazırlanıb.

Qeyd edək ki, məşhur fotojurnalist Reza Deqati 1992-ci ildə Xocalı soyqırımının, Azərbaycan xalqının başına gətirilən dəhşətlərin nadir şahidlərindən biridir. O, hələ o vaxtdan lentə köçürdüyü həqiqətləri dünyaya çatdırmaq üçün dünyanın bir çox yerində sərgilər təşkil edib, reportajlar hazırlayıb.

“Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyini gördüm, nalələrini eşitdim, çəkdiyi əzabları fotolentimin yaddaşına köçürdüm. O anları ki, mən gördüm, o səsləri ki, mən eşitdim, bütün bunlar mənə dərindən təsir etdi. Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəm, çiyinlərimdə olan bir yükdür”, – deyə müəllif qeyd edib.

Otuz ildən çoxdur dünyanın müxtəlif yerlərində problemləri, insanların üzləşdiyi bəlaları dünyaya çatdıran Reza Deqati Xocalı sakinlərinin də səsi olmağı missiya olaraq öz üzərinə götürüb. Bu missiyanın davamı olaraq, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tərəfdaşlığı və Reza Deqatinin təşəbbüsü ilə “Khojalywitness.org” saytı hazırlanıb.

Saytda 1992-ci ildə Xocalıda və Ağdamda çəkilən şəkillər hekayələri ilə birlikdə təqdim olunur. Həmçinin “Time”, “The New York Times”, “The Washington Тimes”, “The Washington Post”, “ВВС1News”, “The Independent,” “Le Monde”, “Newsweek”, “The Sunday Тimes”, “Human Rights Watch”, “The Age”, “The Boston Globe” “Kommersant”, “Svoboda” kimi nüfuzlu beynəlxalq media orqanlarının soyqırımı ilə bağlı yaydıqları faktlar portala yerləşdirilib.

Eyni zamanda, Xocalı soyqırımının şahidi olmuş amerikalı jurnalist, yazıçı Tomas Qoltz, jurnalist və operator Çingiz Mustafayev, fransız fotoqraf və kinorejissor Frederik Lengan, litvalı fotojurnalist Riçardas Lapaidis tərəfindən qeyd olunmuş faktlar da sayta əlavə edilib.

Xocalı haqqında məlumatların daha geniş oxucu kütləsinə çatdırılması məqsədilə portal Azərbaycan, fransız, ingilis və rus dillərində hazırlanıb. Gələcəkdə saytın ən azı 10 dildə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Saytın yaradılmasında əsas məqsədlərindən biri Xocalı qurbanlarının, şahidlərinin hekayələrini göstərməklə, digər insanların bu şəkillərə baxaraq öz əzizlərini tapmasına, yaxınlarını tanımasına yardımçı olmaqdır.

Bugün TV

Oxşar xəbərlər

Xəzərin sahilinə plastik qranulları kim “səpələyib”? – FOTOLAR

Bugün TV

Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiya bölgələrində 50 PUA-nı vurdu

Aynur Camal

“Avtovaz” Özbəkistanda “Lada Vesta” istehsal edəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu