24 C
Baku
11 Sentyabr 2025, 0:58
Baş xəbərDünya

RF XİN İrəvanda nasist yürüşünü şərh etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın mərkəzində nasist simvolikası ilə keçirilən yürüşü şərh edib.

Bugun.tv xəbər verir ki, M.Zaxarova Moskvada brifinqdə deyib: “İrəvanın mərkəzində yanvarın 1-də özünü faşist kimi aparan hiyləgər qrupun yürüşünü böyük narahatlıqla qarşıladıq. Əlbəttə, biz təəccübləndik ki, KİV-lərin qarşısında kameraya əl ilə nasist salamı verməklə öz oriyentasiyalarını nümayiş etdirən toplanış iştirakçılarına Ermənistanın asayiş keşikçiləri heç cür mane olmadılar. Ermənistanın hakimiyyət orqanlarının və insan hüquqlarının müdafiəsi strukturlarının lazımi reaksiyasının olmaması təəssüf doğurur”.

O, nasizmin hər hansı təzahürünün kökündən kəsilməsinin mühümlüyünü vurğulayıb.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

4,4 maqnitudalı zəlzələ oldu

Aynur Camal

Türkiyə Xarici İşlər Nazirliyindən İsrailə sərt reaksiya!

İntizar Əmirova

Qəzzada daha bir uşaq “aclıqdan” öldü

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu