21 C
Baku
11 İyun 2025, 2:36
Baş xəbərDünya

Rişi Sunak Kiyevə səfər edəcək

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün Kiyevə səfərə gələcək. Onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyi gözlənilir.

Bu barədə Bugun.tv “Sky News” telekanalına istinadla xəbər verir.

Telekanalın məlumatına görə, Sunak Kiyevə səfəri əsnasında yeni hərbi yardım paketi barədə elan edəcək. London 2024-2025-ci illərdə Kiyevə 2,5 milyard funt-sterlinq hərbi yardım ayıracaq ki, bu da əvvəlki iki ildə olduğundan 200 milyon funt-sterlinq çoxdur. Britaniyanın Baş naziri, həmçinin təhlükəsizlik təminatı və humanitar yardım veriləcəyini də elan edəcək.

Rişi Sunakın Ukrayna Prezidenti ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalayacağı da gözlənilir. Bu sənəd kəşfiyyat məlumatlarının mübadiləsini, kibertəhlükəsizliyin təmin edilməsini, tibbi və hərbi hazırlığı, müdafiə sənayesi üzrə əməkdaşlığı nəzərdə tutur.

İntizar Əmirova

Oxşar xəbərlər

“Rok-n-rollun kraliçası” 83 yaşında vəfat edib

Aynur Camal

Avropanın “Böyük Səddi”

Aynur Camal

“Afrikanın BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəliyinin olmaması qəbuledilməzdir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu