7 C
Baku
8 Fevral 2026, 13:38
Dünyaİdman

Rivaldo: “Messinin “PSJ”yə hörmətsizlik etməsini görmək üzücüdür”

Bugun.tv xəbər verir ki, “Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Rivaldo Lionel Messinin “Paris Saint-Germain”dəki durumundan danışıb.

“Lionel Messi “Paris Saint-Germain”in icazəsi olmadan Səudiyyə Ərəbistanına getdi. Buna görə də klubdan iki həftəlik qadağa aldı. Hər şey onun müqaviləsi ilə bağlı məsələlərin həlli üçün Səudiyyə Ərəbistanına getdiyinə işarə edir. Lakin Messinin hazırkı klubuna qarşı hörmətsizliyini görəndə bir az üzüldüm. Təbii ki, o, başqa variant tapa bilərdi – klubla danışmaq. Həmçinin, Səudiyyə Ərəbistanı rəsmilərinin Parisə gəlişini və ya mövsümün sonuna qədər gözləmək də olardı”,- Rivaldo bildirib.

Qeyd edək ki, sabiq futbolçu daha əvvəl demişdi ki, Messi Səudiyyə Ərəbistanına səfər etdiyi üçün iki həftəlik cəzadan sonra artıq “PSJ”də oynamaq istəmir.

Mənbə: Чемпионат

Bugün TV

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu