Dünya

Rıza Pəhləvi’yə dəstək yoxdur: “İranın gələcəyini iranlılar müəyyən etməlidir”

Son İran şahının dul xanımı Farah Pəhləvi ölkədə baş verən hadisələrlə bağlı açıqlama verib. O, İranın gələcəyinə yalnız iranlıların qərar verməli olduğunu bildirib.

Bu mövqe isə oğlu Rza Pəhləvi ilə bağlı “anası belə onu dəstəkləmir” kimi şərhlərə səbəb olub.

ABŞ və İsrail hücumları nəticəsində İranın dini lideri Əli Xameneinin həyatını itirməsindən üç gün sonra danışan Farah Pəhləvi “Bir şəxsin ölümü bir sistemin avtomatik sonu demək deyil” ifadəsini işlədib.

87 yaşlı keçmiş imperatriça beynəlxalq ictimaiyyəti İranın suverenliyinə hörmət etməyə çağıraraq, xalqın öz “taleyini” müəyyən etməsinə dəstək verilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, əsas məsələ İran xalqının hüququn aliliyinə əsaslanan dövlətə sülh yolu ilə, nizamlı və suveren keçid ətrafında birləşmək qabiliyyətidir.

Rza Pəhləvi keçid mərhələsinə hazırlaşır

Rejimin süqutu halında özünü alternativ fiqur kimi təqdim edən Rza Pəhləvi isə keçid prosesinin “hazırlıq mərhələsində” olduğunu bildirib. ABŞ-da yaşayan 65 yaşlı Pəhləvi yanvar ayında ölkə miqyasında keçirilən etiraz aksiyaları zamanı beynəlxalq gündəmdə yer almışdı.

O, X platformasında paylaşım edərək etnik azlıqlara milli birlik çağırışı edib və mövcud qarşıdurma mühitindən ayrılıq tələbləri üçün istifadə olunmamalı olduğunu vurğulayıb.

“Dəstək xalqa verilməlidir”

1979-cu il inqilabı zamanı ölkəni tərk edərək Parisdə sürgündə yaşayan Farah Pəhləvi beynəlxalq ictimaiyyətə müraciətində bildirib:

“Beynəlxalq toplumdan gözləntim iranlıların əsas hüquqlarını açıq şəkildə dəstəkləməsidir: liderlərini seçmək, azad ifadə və ləyaqət və rifah içində yaşamaq hüququ”.

O əlavə edib ki, dəstək geosiyasi hesablamalara deyil, birbaşa xalqa yönəlməlidir. Keçmiş imperatriça İran rəsmilərini də təmkinli olmağa və “hər cür qan tökülməsindən çəkinməyə” çağırıb.

Qeyd edək ki, yanvar ayında Tehranda baş verən etirazlardan sonra təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi beynəlxalq təşkilatların reaksiyasına səbəb olmuşdu.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

“Sadiq Vəd 4” əməliyyatının 18-ci dalğasına start verildi

Aynur Camal

Putin: Rusiya Avropa qaz bazarından tamamilə çıxa bilər

Aynur Camal

İran dövlət televiziyası: İsrailə yeni raket hücumu dalğası başladılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu