19 C
Baku
8 Sentyabr 2024, 3:42
Baş xəbərHadisə

Robert De Nironun nəvəsi narkotik olan bir evdə ölü tapıldı

Bugun.tv xəbər verir ki, “Oskar” mükafatlı aktyor Robert De Nironun 19 yaşlı nəvəsi Leandro De Niro Rodriqes vəfat edib.

Bu il 7-ci dəfə ata olmaq xoşbəxtliyi yaşayan Robert De Niro böyük ağrı yaşayıb. 79 yaşlı veteran aktyorun 19 yaşlı nəvəsi Leandro De Niro Rodriges dünyasını dəyişib.

Xəbəri Robert De Nironun eyni zamanda aktrisa olan qızı Drena De Niro açıqlayıb. Dərdli ana oğlunun dünən dünyasını dəyişdiyini deyib. “Gözəl şirin mələyim. Səni qarnımda hiss etdiyim andan səni sözlərlə və ya təsvirlərlə ifadə olunmayacaq dərəcədə sevdim. Sən mənim sevincim oldun. Sən hər zaman qəlbimdəki saf və doğru şey oldun. Kaş indi səninlə olaydım. Kaş səninlə olaydım”,-  açıqlamasında bildirib.

De Niro ilk dəfə nəvəsinin qəfil ölümündən danışıb. “Əziz nəvəm Leo-nun getməsi məni məyus etdi. Başsağlığı mesajlarına görə minnətdarıq. Şirimiz üçün yas tutarkən şəxsi həyatımızı qorumağı xahiş edirik”, – söyləyib.

Qeyd edək ki, mərhumun ölüm səbəbi bəlli deyil.

Bununla belə, Daily Mail-in xəbərinə görə, Leandro De Niro 1 milyon dollar dəyərində bir evdə, ağ toz maddənin yanında ölü tapılıb. Polis De Niro-nun narkotikdən ölmüş ola biləcəyini ehtimal edir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Baş nazir qida təhlükəsizliyi xidmətlərinə görə ödənişlərin məbləğini təsdiqləyib

Aynur Camal

Nazir tələbə düşərgələrinin iştirakçıları ilə görüşüb

Aynur Camal

2 yük maşını toqquşdu: 2 ölü var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu