27 C
Baku
28 İyun 2025, 13:01
Baş xəbərDünya

Roma Papası Fransisk əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirildi

Katoliklərin ruhani lideri Papa Fransisk qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilib.

Bugun.tv xəbər verir ki, Katoliklərin ruhani lideri 86 yaşlı Papa Fransisk qarnında yırtıq olduğu üçün əməliyyat olunmaq üçün İtaliyanın paytaxtı Romadakı Gemelli xəstəxanasına aparılıb.

Papanın əməliyyatdan sonra bir neçə gün xəstəxanada qalacağı gözlənilir.

Vatikanın sözçüsü Matteo Bruni yırtığın “təkrarlanan, ağrılı və pisləşən simptomlara səbəb olduğunu” və Papanın tibbi qrupunun əməliyyatın zəruri olduğuna qərar verdiyini söylədi.

Bruni, “Günortadan sonra ümumi anesteziya altında laparotomiya və qarın divarı əməliyyatı keçirəcək. Normal gedişi və əməliyyatdan sonra tam sağalmağı təmin etmək üçün tibb müəssisəsində qalma bir neçə gün çəkəcək”.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Nəhəng neft yatağı tapıldı

Aynur Camal

İlham Əliyev sərhəd-buraxılış məntəqəsinin qurulmasından danışdı

Aynur Camal

“Ermənistan artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu