Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk bildirib ki, Suriyada yeni münaqişələr və parçalanmalar olmadan, sabitlik və birliyin məsuliyyətlə dəstəkləndiyi bir siyasi həllə nail olmağa ümid edir.
Noyabrın 27-də Suriyada rejim əleyhinə silahlı qruplaşmalarla Bəşər Əsəd qüvvələri arasında toqquşmalar şiddətlənib.
Noyabrın 30-dan dekabrın 7-dək qruplar Hələb, İdlib, Həma və Homs kimi böyük vilayətlərdə üstünlük əldə ediblər.
Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə rejim Dəməşq və bir çox bölgədə nəzarəti tamamilə itirərək süqut etdi.
Baas Partiyasının 61 illik hakimiyyəti sona çatarkən, rejim lideri Əsəd paytaxtdan qaçıb.
Digər tərəfdən Suriya Milli Ordusu dekabr ayında başlatdığı “Azadlıq şəfəqi” əməliyyatının ilk günündə Tel Rıfat rayon mərkəzini terror təşkilatı PKK/YPG-dən azad edib.
PAPA FRANSİSK: MƏN SURİYANI YAXIN İZLƏYİRƏM
Əməliyyatda Mənbic rayonunun azad edilməsi ilə Fərat çayının qərbində ən böyük terror yuvasına çevrilən bölgə PKK/YPG-dən təmizlənib.
Hadisələrdən sonra Papa Fransisk Suriya ilə bağlı açıqlama verib.
Vatikanda çərşənbə günləri keçirilən ənənəvi ümumi qəbul iclasında çıxış edən Papa Suriyada baş verənlərlə bağlı qiymətləndirmələr edib.
Papa Fransisk, “Suriyanın tarixinin bu həssas məqamında baş verənləri yaxından izləyirəm” deyib.
“DUA EDİRƏM SURIYA XALQININ ÖZ TORPAQLARINDA SÜLH VƏ TƏHLÜKƏSİZLİK İÇİNDE YAŞAYA BİLƏSİN”
Papa sözlərini belə davam etdirib:
“Ümid edirəm ki, yeni münaqişələr və parçalanmalar olmadan ölkənin sabitliyini və birliyini məsuliyyətlə təşviq edəcək siyasi həll yolu tapılacaq. Dua edirəm ki, Suriya xalqı öz torpaqlarında sülh və əmin-amanlıq içində yaşaya bilsin. Fərqli dinlər bir yerdə gəzə bilər. İllərdir müharibə ilə sarsılan bu xalqın xeyrinə dostluq və qarşılıqlı hörmət”.
Mənbə: Anadolu Agentliyi (AA)