Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk kardinal Konrad Krayevskini Yaxın Şərqdə sülh missiyasının rəhbəri təyin edib.
Bugun.tv xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Məlumatda görə, kardinal Krayevski Roma Papasının Yaxın Şərqdə münaqişənin nizamlanması üzrə xüsusi elçisi kimi Milad bayramı ərəfəsində müqəddəs torpağa səfər edəcək, müxtəlif görüşlər keçirəcək.
Qeyd olunur ki, Papa Fransisk dünyanı bürüyən müharibələrdən kədərlənir, hər gün sülh üçün dua edir, hər kəsi yer üzünü qana qərq edən münaqişələrə son qoymağa çağırır.