9 C
Baku
20 Dekabr 2025, 23:17
Baş xəbərİqtisadiyyat

“Romgaz” və “SOCAR” anlaşma memorandumu imzalayıb

Bugün.tv-nin iqtisadiyyat nazirliyindən əldə etdiyi məlumata əsasən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz” şirkəti əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

Anlaşma Memorandumunun imzalanması əlaqədar keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu, Rumıniya ilə iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin inkişaf etdiyi vurğulanıb, SOCAR-ın bu ölkədəki fəaliyyəti qeyd edilib, energetika, o cümlədən bərpa olunan enerji əməkdaşlığının gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, sənədi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Romgaz”ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar.

“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının əvvəlində Bolqarıstana rəsmi səfəri zamanı Rumıniyanın Baş naziri Nikolae Çuke ilə görüşündə region ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri müəyyən olunub. Bu istiqamətlərə uyğun olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, energetika naziri Pərviz Şahbazovun və SOCAR rəhbərliyinin daxil olduğu nümayəndə heyətinin Rumıniyaya səfəri baş tutub”, – məlumatda deyilib.

Aynur Camal

Oxşar xəbərlər

Bu əlamətlərə görə infarktı bir gün əvvəl bilmək mümkündür

Bugün TV

NASA bu kosmik problemi həll edənlərə 3 milyon dollar pul mükafatı təklif edir

Aynur Camal

ABŞ Kuk adalarını və Niueni rəsmən tanıyacaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu