7 C
Baku
21 Dekabr 2025, 13:47
Digər

“Ronald Reyqan vergi siyasətində yeni bir dövrün əsasını qoydu”

1981-ci ildə ABŞ prezidenti Ronald Reyqan hakimiyyətə gələndə ölkədə gəlir vergisinin ən yüksək dərəcəsi 70% idi. Həmin dövrdə bu göstərici Böyük Britaniyada 83%, Qərbi Almaniyada 60%, İsveçdə 80%, Yaponiyada 70%, Kanadada isə 60% idi. Dünyada vergi dərəcələri indiki ilə müqayisədə rekord səviyyədə idi.

Məhz belə bir zamanda Reyqan əvvəlcə vergini 70%-dən 50%-ə, daha sonra isə 28%-ə endirdi.

Reyqan müsahibəsində bu qərarın arxasında 600 il əvvəl yaşamış İbn Xəldunun fikirlərinin dayandığını bildirmişdi. Reyqan demişdi ki, İbn Xəldun öz əsərində yazırdı: “Vergiləri çoxaldan dövlətlərin iqtisadiyyatı tənəzzül etmiş, vergiləri azaldanları isə çiçəklənən gördüm”.

Bu siyasət sonradan “Reaganomics” (Reyqan iqtisadiyyatı) adı ilə tanındı. Onun mahiyyəti sadə idi. Yüksək vergilər iqtisadi fəallığı azaldır, aşağı vergilər isə sahibkarlığı və istehsalı stimullaşdırır, nəticədə büdcəyə daha çox vəsait daxil olur.

Reyqanın bu siyasəti əvvəlcə mübahisələr doğursa da, iqtisadi artım canlandı, işsizlik azaldı, şirkətlərin ABŞ-a sərmayə axını artdı.

Beləliklə, Ronald Reyqan vergi siyasətində yalnız ABŞ üçün deyil, bütün dünya üçün yeni bir dövrün əsasını qoydu, ondan sonra vergi dərəcələrinin endirilməsi və iqtisadi fəallığın stimullaşdırılması qlobal trendə çevrildi.

İqtisadiyyatçı Eldəniz Əmirov

Aynur Camal

Oxşar xəbərlər

Hava şəraiti haqqında məlumat

Aynur Camal

Londonda karnaval öncəsi 100 nəfər saxlanılıb, onlarla silah və bıçaq ələ keçirildi

Bugün TV

ABŞ hökuməti kosmik tullantılara görə cərimələməyə başladı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu