13 C
Baku
13 Aprel 2026, 13:04
İdman

Ronaldo “Əl-Nəsr”də ilk oyununa çıxdı

Səudiyyə Ərəbistanı çempionatının 14-cü turunda “Əl-Nəsr” “Əl-İttifaq”la qarşılaşıb.

Bugun.tv xəbər verir ki, Kristiano Ronaldo bu matçda meydana çıxmaqla “Əl-Nəsr”in heyətində ölkə çempionatında debüt edib.

Komandasının 1:0 hesablı qələbəyə sevindiyi bu oyunda qələbə qolunu Anderson Talişka vurub. Start heyətdə yer alan Ronaldo sonadək meydanda olub.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayıb. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı portuqaliyalı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.

 

Bugün TV

Oxşar xəbərlər

İran DÇ-2026 oyunlarını Meksikada keçirmək istəyir

Aynur Camal

Beyin sağlamlığını qorumaq və insult riskini azaltmaq necə mümkündür

Aynur Camal

Mütəxəssislər: Qısa hərəkət zehni yorğunluğu azaltmağa kömək edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu