12 C
Baku
23 Mart 2026, 22:37
Texnologiya

“Roskosmos” kosmik oyuncaqlar kolleksiyasını təqdim etdi

Rusiyanın dövlət korporasiyası Roskosmos məşhur Vkusno i Tochka şəbəkəsi üçün xüsusi kosmik oyuncaqlar kolleksiyası hazırlayıb.

Məlumata görə, “Kosmosda birincilər” adlanan seriya Rusiyada ilk dəfə keçiriləcək Kosmos Həftəsinə həsr olunub. Kolleksiyaya konstruktor tipli doqquz müxtəlif kosmik texnika modeli daxildir.

Oyuncaqlar arasında Vostok kosmik gəmisi, Soyuz-2 raketdaşıyıcısı və Angara-A5 kimi modellər yer alır. Bundan əlavə, kolleksiya qutusu kosmik baza formasına çevrilə bilir.

Layihə çərçivəsində “Kid’s Combo” paketlərinin üzərində yerləşdirilən QR-kod vasitəsilə istifadəçilər xüsusi mobil oyuna keçid edə biləcəklər. Oyunda istifadəçilər kosmik qəhrəmanlara asteroidlər və Ay kraterlərindən yayınaraq təhlükəsiz uçuş trayektoriyası seçməkdə kömək edirlər.

Oyuncaqlar 7 aprel tarixindən etibarən restoranlarda və çatdırılma xidməti vasitəsilə təqdim olunacaq.

Qeyd edək ki, Rusiyada ilk Kosmos Həftəsi 6–12 aprel tarixlərində keçiriləcək və bu tədbir Yuri Gagarinin Yer ətrafında ilk uçuşunun 65 illiyinə həsr olunub. Bu müddət ərzində məktəblərdə, muzeylərdə və müxtəlif müəssisələrdə tematik tədbirlərin təşkili planlaşdırılır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Rusiyada ChatGPT-nin qadağası gündəmdədir? – Dövlət Dumasından açıqlama

Aynur Camal

İran münaqişəsi texnika və populyar məhsulların qiymətinə necə təsir edə bilər?

Aynur Camal

Avstraliya AI ilə bağlı axtarış sistemləri və tətbiq mağazalarını sərtləşdirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu