10 C
Baku
22 Dekabr 2025, 14:34
Baş xəbər

RSTF- da Niyyət Sazişi imzalandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən (İSSA) Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda iştirak edib.

Ötən il Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BPSFA) sədri seçilmiş H.Məmişov Forum çərçivəsində İSSA-nın baş katibi Marselo Abi-Ramia Kaetano ilə görüşüb. Görüşdə adıgedən beynəlxalq təşkilatlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Eyni zamanda 2012-ci ildə BPSFA ilə İSSA arasında imzalanmış Anlaşma Memorandumunun qlobal miqyasda sosial təminat sisteminin günün müasir tələblərinə uyğun dinamik inkişafı ilə əlaqədar yenilənməsi məsələsi də müzakirə edilib.

Sonda yeni Anlaşma Memorandumunun hazırlanması işinin sürətləndirilməsi məqsədilə tərəflər arasında Niyyət Sazişi imzalanıb.

     Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Rumıniyada 5,2 bal maqnitudalı zəlzələ olub

Aynur Camal

NASA üçün Aya eniş aparatı inşa edəcək

Teymur Əziz

Mayın 10-da gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu