27 C
Baku
10 İyun 2025, 9:45
Dünya

Rumıniya: “Rusiyanın Dunay çayı limanlarına hücumu hərbi cinayətdir”

Bugun.tv xəbər verir ki, Rumıniya prezidenti Klaus Verner İohannis Rusiyanın Dunaydakı limanlara hücumlarını “müharibə cinayəti” adlandırıb.

“Politico” xəbər saytının məlumatına görə, İohannis sosial media hesabında Rusiyanın Dunaydakı limanlara hücumlarını pisləyib və bu vəziyyətin qəbuledilməz olduğunu bildirib.

“Taxıl anbarlarına hücumlar Ukraynanın bütün dünyada ehtiyacı olanlara ərzaq məhsulları daşımaq imkanlarına təsir edib”, – Prezident K.V. İohannis vurğulayıb.

Qeyd edək ki, Ukraynanın İcmalar, Regionlar və İnfrastruktur İnkişafı naziri Aleksandr Kubrakov bildirib ki, Rusiya ötən gecə Dunay çayına bağlı limanlara hücum edib.

Hücum edilən limanların fotolarını paylaşan Kubrakov, “Rusiya ötən gecə İran pilotsuz təyyarələri ilə bu limanlara hücum etdi. Bunlar bu gün qlobal ərzaq təhlükəsizliyinin əsasını təşkil edən limanlardır. Hansı ki, onu Afrika ölkələri, Çin və İsrailla yanaşı 40-a yaxın liman gözləyir” , – deyə bildirib. Min ton taxılın zədələndiyini söyləyib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Dogecoin simvolu olan it dünyasını dəyişib

Aynur Camal

Vyetnam parlamentinin yeni prezidentinin kimliyi məlum oldu

Nigar Məmmədova

“British Airways” minlərlə uçuşu ləğv edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu