28 C
Baku
20 İyul 2025, 23:53
Dünya

Rumıniya Ukraynada Rusiyaya məxsus PUA-ları vurdu

NATO üzvü Rumıniyanın hava qüvvələrinin Ukrayna hava məkanında Rusiyaya məxsus PUA-larını vurduğu iddia edilib.

Vişeqrad adlı yerli xəbər agentliyinin məlumatına görə, NATO ölkəsi Rumıniya Rusiya ilə münaqişəyə girib.  Rusiyanın kamikadze pilotsuz təyyarəsi Ukrayna limanına hücum edərkən, Rusiya pilotsuz təyyarələri Rumıniya ərazisinə daxil olduqdan sonra Rumıniyanın hava hücumundan müdafiəsi hərəkətə keçərək PUA-ları vurub.

Xəbəri belə açıqlayıb:

“SON XƏBƏR: NATO dövləti Ukrayna hava məkanında Rusiyaya məxsus pilotsuz uçuş aparatlarını vurmağa başlayıb.Yeni ortaya çıxan bir videoda Rumıniyalı Gepardın motorlu zenit silahlarının İzmail yaxınlığında Rumıniyanı Ukraynadan ayıran çay boyunca rus pilotsuz təyyarələrini vurduğu görünür.

Rumıniya ən azı 1 intiharçı pilotsuz uçan aparatın ərazisinin 11 km dərinliyinə düşməsindən və digər dronların onlara doğru uçmasından sonra hərəkətə keçməli oldu”.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Diyetoloq çay haqqında məşhur mifi dağıtdı

Aynur Camal

ABŞ-da əcnəbilərə ev satışı son 15 ildə ən aşağı səviyyədədir

Kəmalə Sultan

Şahzadə Uilyamın vəhşi xasiyyətinə dair sübutlar ortaya çıxdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu