18 C
Baku
23 Oktyabr 2025, 8:44
Baş xəbərDünya

Rumıniya və Bolqarıstanın Şenqen zonasına daxil edilməsi üçün razılıq əldə olundu

2024-cü ilin mart ayından etibarən Rumıniya və Bolqarıstanın hava və dəniz sərhədlərində Şengen qanunvericiliyinin tətbiqi ilə bağlı siyasi razılıq əldə olunub.

Bugun.tv xəbər verir ki, Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 26-da və 27-də diplomatik kanallar vasitəsilə siyasi razılaşmanı hüquqi tərəfdən təsdiq edəcək Avropa İttifaqı Şurasının qərar layihəsi barədə danışıqlar aparılıb. Danışıqlar bu gün davam etdiriləcək.

Qeyd edək ki, 2022-ci ilin dekabrın 8-də Brüsseldə keçirilən Aİ Daxili İşlər və Ədliyyə Şurasının iclasında Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmaq üçün müraciətləri Avstriya və Niderlandın əleyhinə səs verməsi nəticəsində qəbul olunmayıb. Avstriya hakimiyyəti səbəb kimi ölkəyə miqrant axını fonunda Şengen sisteminin işləmədiyini və bu zonaya yeni üzvlərin qəbulunun qeyri-mümkün olduğunu göstərib.

Hazırda Şengen zonasına 27 ölkə daxildir, onlardan 23-ü Avropa İttifaqının üzvüdür.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İsrail İordan çayının qərb sahilindəki fələstinliləri köç etməyə məcbur edir

Aynur Camal

51 yaşlı kişi ağcaqanad dişləməsindən öldü

Kəmalə Sultan

İndoneziyada güclü yağışlar daşqınlara səbəb olub: 13 nəfər ölüb, 2 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu