Dünya

Rumıniyanın yeni prezidenti Dan vəzifəsinin icrasına başladı

Rumıniyada keçirilən prezident seçkilərində qalib gələn Nicusor Dan and içib.

Ötən il Rusiyanın müdaxiləsi ilə bağlı iddialara görə ilk turu ləğv edilən Rumıniya prezident seçkilərində qalib gələn Avropa İttifaqı (Aİ) və NATO-ya meylli siyasətçi Nicusor Dan parlamentdə and içərək rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Paytaxt Buxarestin keçmiş meri Dan parlamentdəki andiçmə mərasimindən sonra etdiyi çıxışda Rumıniyanın iqtisadi problemlərini həll edəcəyini və cəmiyyətin səsinə açıq prezident olacağını vəd edərək dedi: “Rumıniya dövlətinin əsaslı dəyişikliyə ehtiyacı var. Sizi indiyə qədər göstərdiyiniz sosial güclə prosesə qoşulmağa və Rumıniyanın dövlət qurumlarına konstruktiv təzyiq göstərməyə dəvət edirəm”.

Dan “Cəmiyyətin səsini dinləyən və bu cəmiyyətin iş ortağı olan bir prezident olacağıma zəmanət verirəm” açıqlamasını verib

Dan seçki kampaniyası zamanı Rumıniyanın Qərblə əlaqələrini vurğulayıb və Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.

Yeni prezident Nikuzor Dan yeni hökuməti formalaşdırmaq üçün mümkün qədər tez baş nazir təyin etməlidir.

Rumıniyada prezidentlər 5 il xidmət edirlər.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

“G7 Zirvə toplantısı ona qadağa qoyulmalıdır”

Aynur Camal

Zəlzələdə ölənlərin sayı 100-ə çatdı

İntizar Əmirova

Sualtı balıqçı köpək balığının hücumu nəticəsində ölüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu